• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yenilik Ermənistanı vahiməyə salacaq

Bu yenilik Ermənistanı vahiməyə salacaq
23.05.2018 16:23
Ölkə rəhbərliyinin qərarından və müəyyən dövrdən sonra Azərbaycan nüvə elminin inkişafı üçün tədqiqat obyektlərinin qurulmasına hazır olacaq.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, Azərbaycan bunun üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ilə birgə layihə həyata keçirir: "Bu layihə çərçivəsində biz gələcəkdə tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı konkret təkliflər işləyəcəyik. Azərbaycan bütün sahələrdə olduğu kimi bu sahədə də dünyanın ən müasir texnologiyasının ölkəmizə gətirilməsi, kadr hazırlığının aparılması və gələcəkdə də bunun imkanlarından milli mənafeyimizə uyğun istifadə etmək istiqamətində siyasət aparır”.

A.Qəribov bildirib ki, Azərbaycanda artıq nüvə texnologiyası üzrə kifayət qədər kadr potensialı formalaşıb.

Onun sözlərinə görə, Azərbaycan heç zaman hansısa hərbi və digər məqsədlər üçün nüvə enerjisi istehsal etmək məqsədi güdməyib.

Mərkəz sədri qeyd edib ki, Azərbaycan 2000-ci ildə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) üzv olarkən həmin siyasətini açıq şəkildə deyib: "Biz bildirmişik ki, Azərbvaycan dinc məqsədlər üçün nüvə elmləri, nüvə texnologiyaları istiqamətində siyasət həyata keçirir. Bu siyasətin növbəti mərhələsi kimi Azərbaycanda Milli Nüvə Tədqiqatları Mərkəzi açılıb. Bu, Azərbaycanda nüvə texnologiyaları sahəsində yeganə dövlət icracı qurumudur".

A.Qəribov deyib ki, Azərbaycanın nüvə elmləri üzrə ən kiçik təqdiqatları apara bilməsi üçün Tədqiqat Nüvə Reaktorunun yaranması lazımdır: "Çox böyük kapital tutumlu olan bu reaktorun yaranması yarım milyard manat lazımdır".

Mərkəz sədri əlavə edib ki, hazırda Azərbaycanda nüvə texnologiyaları sahəsi üzrə kadr hazırlığı aparılır, digər ölkələrdə ikitərəfli müqavilələr əsasında nüvə tədqiqatları aparılır: "Yəni, bu sahədə geniş işlər aparılır. Bunlar hamısı da nüvə elminin, nüvə texnologiyalarının dinc məqsədlərə istifadəsinə yönəlib".

//Trend.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol