Armen Qriqoryanın atası Qarabağda intihar edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təcili olaraq Qarabağa gəlib.
Anews.az Ordu.az-a istinadən xəbər verir ki, Qriqoryanın atasının meyiti tut ağacından asılmış vəziyyətdə aşkar edilib. Belə ki, Qriqoryan bu gün işə gəlməyib. Məlum olub ki, onun valideynləri Qarabağda yaşayır.
Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Arek Koçinyan Armen Qriqoryanın atasının ölməsi və onun atasının dəfnində iştirak etmək məqsədilə Qarabağa gəlməsi barədə məlumatları təsdiqləyib. Mətbuat katibi intihar barədə məlumatları şərh etməyib.
www.anews.az
























