• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada 4 azərbaycanlı deputatlığa namizəddir - Onlar kimlərdir?

Ukraynada 4 azərbaycanlı deputatlığa namizəddir - Onlar kimlərdir?
24.10.2014 17:34
Ukraynada yaşayan azərbaycanlılar oktyabrın 26-da Ali Radaya keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşırlar. ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının qeydə aldığı namizədlər siyahısında 1-i proporsional, 3-cü majoritar sistem olmaqla 4 azərbaycanlı yer alıb. Həmin namizədlər barədə qısa məlumat təqdim edirik.Eduard Bağırov 215 saylı (Kiyevin Desyansk və Dnepropetrovsk rayonlarının bir hissəsini əhatə edir) seçki dairəsindən majoritar qaydada deputatlığa namizəddir. O, 1968-ci il sentyabrın 18-də Bakı şəhərində andan olub. “Ukrayna vətəndaşlarının hüquqlarının müdafiəsi” beynəlxalq liqasının sədridir. Eduard Bağırov müstəqil namizəddir.Zaur Abbasov 28 saylı (Dnepropetrovsk) seçki dairəsindən Ali Rada deputatlığına namizəddir. O, 1958-ci il avqustun 30-da Gəncə şəhərində anadan olub. Ukrayna “Xalq” Partiyası tərəfindən majoritar sistemlə deputatlığa namizəddir. Bundan öncə, Zaur Abbasov 2 dəfə - 1994 və 2002-ci illərdə Radaya deputatlığa namizəd olub. Hicran Abdullayev 172 saylı (Xarkov) seçki dairəsindən majoritar qaydada deputatlığa namizəddir. O, 1964-cü il sentyabrın 30-da Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. “Xarkov vilayətində fəaliyyət göstərən “Musiqi məbədi” ictimai təşkilatının sədridir. Hicran Abdullayev müstəqil namizəddir. Maraqlıdır ki, azərbaycanlı namizədin deputat mandatı uğrunda rəqiblərindən biri 1989-cu il ildə Azərbaycanda - Dağlıq Qarabağın Ağdərə rayonunda andan olan və “Ukrayna Sol Qüvvələr Bloku”nun majoritar sistemlə namizədliyini irəli sürən Arsen Qasparyan olacaq.Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev də proporsional qaydada Ukrayna Radikal Partiyasından 35 nömrəli (Dnepropetrovsk vilayətinin Nikopol və Orconokidze rayonlarını əhatə edir) seçki dairəsinə namizəd göstərilsə də, sonradan öz namizədliyini geri götürüb.Birləşmiş Ukrayna Azərbaycanlıları diasporunun rəhbəri Hikmət Cavadov Modern.az saytına açıqlamasında bildirib ki, “UDAR” Partiyasından, Kiyev Şəhər Şurasının üzvü  Rəna Nəzərova proporsional qaydada deputatlığa namizədliyini irəli sürsə də, onun qalib gəlmək şanslarını indidən dəyərləndirmək tez olardı:“Çünki proporsional sistemlə namizədliyini verdiyindən onun deputat seçilməsi partiyanın topladığı səs faizindən asılı olacaq. Bu parlament seçkisində sürpriz gözləntilər ola bilər. Majoritar qayda ilə deputatlığa namizədliyini irəli sürən azərbaycanlıların isə qalib gəlmək şansları çox aşağıdır. Çünki praktika göstərir ki, majoritar qaydada Ukrayna soyadlı namizədlər daha çox səs toplayır”.Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə Modern.az saytına açıqlamasında qeyd edib ki, onlar Eduard Bağırovun namizədliyini dəstəkləyəcəklər. Buna baxmayaraq Rövşən Tağıyev hesab edir ki, azərbaycanlı namizədlər reytinq cədvəlində aşağı pillələrdə qərarlaşıblar. O, azərbaycanlıların şansının yüksək olmadığı qənaətinə görə, özünün deputatlığa namizədliyini də geri götürüb: “Azərbaycanlılardan kiminsə parlamentə deputat seçilməsi çox çətin məsələdir. Reytinq siyahıları da bunu deməyə əsas verir. Mən məhz şanslarımızın aşağı olmasını nəzərə alıb deputatlığa namizədliyimi geri götürdüm. Konqres rəhbəri olaraq Eduard Bağırovu dəstəkləyirəm. Digər namizədlərin isə qalib gəlməyindən danışmaq, məncə mümkün deyil”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol