• $
  • €
  • ₽
  • ₺
  • £

Bunu ilk dəfə Qorbaçov yox, Əliyev etdi - Medvedyev tarixi həqiqətləri açdı - VİDEO

Bunu ilk dəfə Qorbaçov yox, Əliyev etdi - Medvedyev tarixi həqiqətləri açdı - VİDEO
29.05.2020 11:23
Boris Yeltsinin keçmiş mətbuat katibi Sergey Medvedyev Heydər Əliyevlə bağlı xatirələrini danışıb.

Axar.az xəbər verir ki, Moskva-Bakı portalına fikirlərini bölüşən Medvedyev Heydər Əliyevin jurnalistlərlə böyük məharətlə ünsiyyət yaratdığını bildirib.

"Mən Ümumittifaq radiosunda çalışırdım, daha sonra "Vremya” proqramına keçdim. Heydər Əliyevlə iki dəfə yollarımız kəsişib. Bunlardan biri "Admiral Naximov” işinin araşdırılması ilə bağlı toplantıda, digəri isə Kremldə olub. Kremldə bizim həyatla bağlı söhbətimiz oldu. Həmin görüşdə Heydər Əliyev və Yevgeni Primakov iştirak edirdi. Mən onların bu cür marağının səbəbini anlaya bilmirdim, çünki adi müxbir idim. Onlar redaksiyanın necə yaşadığı, mənim hansı maraqlarım olduğu, öz işimi necə gördüyümlə bağlı maraqlanırdılar. Mənim üçün kifayət qədər qəribə söhbət alındı.

Heydər Əliyev öz növbəsində milli elitanın yetişdirdiyi unikal insan idi. Mən onun bioqrafiyasını gözəl bilirəm. O, Azərbaycanda qalmaq istədiyini açıqlayanda icazə vermədilər və buna görə də Moskvaya getdi.

O, 1985-ci ildə Qorbaçovun ölkənin lideri seçilməsini dəstəkləyəndə üzərində siyasi "buz meydançasının” təsirini hiss etdi. Sonradan həmin Qorbaçov onu xüsusi metodla uzaqlaşdırdı. Bu imza (metod) mənə tanış idi, ona görə ki, Yeltsin Moskva Şəhər Partiya Komitəsinin rəhbəri olanda onu həkimlər vasitəsilə necə istefaya göndərib, üzərindən keçmək istədiklərini yaxşı bilirdim.

Eyni formada da Heydər Əliyevlə davranmaq istəyirdilər. Bu cür metamorfozları yaşayan liderlər elə də çox deyil. Görünür, daxildə onların hər biri buna hazır idilər. Heydər Əliyev, ümumiyyətlə, öz həyatında həddən çox siyasi xəyanətlər yaşamalı olub.

Ona heyranlıq yaradan nədir? Jurnalist korpusunun nümayəndəsi kimi deyəcəyəm. O, yeri gəlmişkən, Yevgeni Primakovdan fərqli olaraq, heç vaxt jurnalistlərdən uzaq durmağa, hansısa baryer qoymağa çalışmayıb. O, hər zaman onun vasitəsilə addımlağa cəhd edib və media nümayəndələri ilə qeyri-rəsmi, səmimiyyətlə işləyib.

Xalqa yanaşmalarla bağlı addımları ilk dəfə Qorbaçov yox, məhz Heydər Əliyev atıb. Maşın dayanır, o çıxır, vətəndaşlarla ünsiyyət qurmağa gedir və hər kəs belə yüksək liderə sevinclə sual verir, toxuna bilir. Məncə, o, bunları səmimiyyətlə edirdi. Bu, tamamilə göstəriş naminə edilən tarix deyildi. Heydər Əliyev insanlarla ünsiyyət qurmağı sevirdi. Bəzi böyük rəhbərləri, hətta ən yaxşıları belə bunu sevmir və bacarmırdılar. Amma o sevir və bacarırdı. Onun üçün xalq həyatının nəbzini tutmaq çox vacib idi, bununla o, informasiya toplayırdı. Sənə ərizələrin, hesabatların verilməsi bir məsələ, amma özünün insanların nə düşündükləri, hansı əhval-ruhiyyədə olduqlarını görmək ayrı məsələdir. Kağız onların əhval-ruhiyyəsini çatdıra bilməz. O, kamerton kimi insanların psixoloji vəziyyətini hiss edirdi. Görünürdü ki, o, bunu qeyri-rəsmi formada edir. Ona bu lazım idi.

O, mürəkkəb siyasi toqquşmalar və vəziyyətlərdən çıxdı. Toqquşmaların heç də hər zaman qalibi olmur. Yekunda o, qələbə qazanır və qələbəyə gedən yolu kompromislər, asan olmayan qərarlar vasitəsilə tapa bilirdi. O, siyasətçinin necə olması gərəkdiyini nümayiş etdirirdi. Onun müstəqil, çiçəklən dövlət qurmaq vəzifəsi gerçəkləşdi. İndi biz görürük ki, Azərbaycanda hansı ciddi dəyişikliklər baş verir!”


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol