• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN Azərbaycana hücumu davam etdirir

Rusiya XİN Azərbaycana hücumu davam etdirir
16.01.2019 23:43
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) erməni millətindən olan vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsi ilə bağlı Azərbaycana hücumları davam etdirir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanı, faktiki olaraq, Rusiyadan olan, Bakı aeroportunda saxlanılan ermənilərin hüquqlarının pozulmasında və sonradan deportasiya olunmasında ittiham etmişdi.
Bunun ardınca Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfirliyinə Azərbaycan aeroportlarında Rusiya vətəndaşlarına bəslənilən ayrı-seçkilik münasibətilə bağlı yaddaş qeydləri göndərmişdi.
Anews.az Virtualaz.org-a istinadən bildirir ki, bu dəfə Azərbaycana hücumla, Bakıda həbs edilmiş Marat Ueldanov-Qalstyanın taleyi ilə bağlı narahatlığını bildirən Rusiya xarici siyasət idarəsinin başçısı Serqey Lavrov özü çıxış edib.
Xatırladaq ki, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-böyük miqdarda) maddəsilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə M.Ueldanov 8 il azadlıqdan məhrum edilib.
Bu gün mətbuat konfransında çıxış edərkən, Sergey Lavrov Azərbaycanla danışıqlar nəticəsində Marat Ueldanov-Qalstyanı Rusiyaya qaytarmağa nail olacaqlarına ümid etdiyini bildirib.
O vurğulayıb ki, onlar öz vətəndaşları ilə bağlı məsələlərə, hansılar ki, istənilən ölkədə, o cümlədən MDB məkanında çətin vəziyyətlə üzləşirlər, ikitərəfli əlaqələr çərçivəsində daim toxunurlar. S.Lavrov onu da xüsusi qeyd edib ki, konkret olaraq bu mövzuya Azərbaycandan olan həmkarları ilə bu yaxınlardakı danışıqların gedişatında toxunulub.
XİN başçısı ümid etdiyini bildirib ki, dialoq vasitəsilə, hüquq normalarına əsaslanan qərarlar qəbul etməklə "hamını razı salacaq nəticəyə” nail ola biləcəklər.
"Və bu vətəndaşı Rusiyaya qaytara biləcəyik”, – deyə Lavrov bir daha vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol