• $
  • €
  • ₽
  • ₺
  • £

Mehman Hüseynovun ölkəni tərk etmək qadağası götürülüb

Mehman Hüseynovun ölkəni tərk etmək qadağası götürülüb
12.04.2019 08:59
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, bloger Mehman Hüseynova ölkəni tərk etmək qadağası aprelin 12-də götürülüb və o, bu gecə xaricə gedib.

Bu barədə Mehman Hüseynov aprelin 12-də ölkəni tərk edərkən "Facebook" səhifəsində məlumat yayıb.


"Baş Prokurorluq niyə və nəyə görə ölkədən çıxışıma qadağa qoymuşdu sualının cavabını hələ də tapmadıq. Amma problem ictimailəşəndən sonra öz həllini tapdı. 9 ildən sonra hava limanının qapıları üzümə açıldı. Səfərimdə beynəlxalq təşkilatların sədrləri ilə görüşüm, tədbirlərdə iştirakım, çıxışlarım nəzərdə tutulub. Azərbaycanda olan problemlər, azad mətbuatın olmaması, insan hüquqlarının acınacaqlı durumu, siyasi məhbus problemləri haqda geniş müzakirələr olacaq".

M.Hüseynov aprelin 9-da "AZAL”-ın Bakı-Berlin reysinə gedərkən sərhəd nəzarət məntəqəsində bildiriblər ki, onun ölkədən çıxmasına Azərbaycan Baş Prokurorluğu tərəfindən qadağa tətbiq edilib.

Mehman Hüseynov demişdi ki, ölkədən çıxışının qadağan edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Mehman Hüseynov 2017-ci ilin martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs edilib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2 maddəylə ittiham olunub.

Ötən ilin dekabrında onun haqqında Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandı. Cinayət işinə etiraz olaraq M.Hüseynov aclıq aksiyasına başladı. 10 gündən çox davam edən aksiyaya yerli və xarici təşkilatlatrdan dəstək oldu. Eyni zamanda, həbsxanada aksiyaya qoulanlar da vardı. Yanvar ayında prezidentin müdaxiləsindən sonra cinayət işi ləğv edildi.

Martın 2-də isə M.Hüseynov müddəti bitdiyi üçün azad olundu.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol