• $
  • €
  • ₽
  • ₺
  • £

Bu agentliyin rəhbərinə Avropa Şurasında vəzifə verildi

Bu agentliyin rəhbərinə Avropa Şurasında vəzifə verildi
13.05.2019 17:52
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının İşçi qrupunun sədr müavini seçilib.
AMADA-dan Anews.az-a verilən məlumata görə, o, bundan sonra Avropa Şurasının "İnsan hüquqları və idmançılar” üzrə xüsusi İşçi qrupunun sədr müavini vəzifəsində də işləyəcək.
Bu qərar Rumıniyanın paytaxtı Buxarestdə 7-8 may tarixlərində keçirilən Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq qrupunun 50-ci iclasında qəbul edilib.

"İnsan hüquqları və idmançılar” qrupunun tərkibinə sədr, sədr müavini və səkkiz ölkənin nümayəndələrindən ibarət üzvlər daxildir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər Avropa Şurası təşkilatlarının nümayəndələri də daxil ediləcək. Əlavə olaraq, Avropa İttifaqı, YUNESKO və WADA qurumları müşahidəçi qismində öz nümayəndələrini təyin edəcək.
Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının effektiv təmin edilməsi, onların ədalət mühakiməsinə maneəsiz çıxışı, insan hüquqlarının idmanda dopinqə qarşı mübarizədə qorunması və bu sahədə digər sənədlərin və təkliflərin hazırlanmasıdır.
Həmçinin Ş.Hüseynli 6-7 may tarixlərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 46-cı iclasında da iştirak edib. Bu görüşdə müzakirə edilən əsas məsələlərdən biri mayın 14-də Monreal şəhərində keçiriləcək WADA-nın növbəti prezident seçkisinə hazırlıq olub. 
Qeyd edək ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.(oxu.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol