• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı jurnalistdən Paşinyana sillə kimi suallar — VİDEO

Azərbaycanlı jurnalistdən Paşinyana sillə kimi suallar — VİDEO
11.06.2019 19:30
"Real” TV-nin Moskva müxbirinin sualları Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı çətin vəziyyətə salıb.

"Ölkə.Az" xəbər verir ki, Moskvada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransına qatılan "Real” TV-nin Rusiya bürosunun əməkdaşı İqbal Rüstəmov İrəvanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü blef siyasətini işğalçı ölkə rəhbərinin üzünə çırpıb. Paşinyana bir neçə sual ünvanlayan Rüstəmov əvvəlcə İrəvanın "konstruktiv mövqe” haqda bəyanatlarına baxmayaraq, Ermənistan ordusunun cəbhə xəttində təxribatlarını davam etdirdiyini və bunun nəticəsində hətta ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan hərbçilərinin snayper atəşi ilə öldürüldüyünü xatırladıb: "Bir tərəfdən danışıqlarda konstruktiv mövqe tutduğunuzu deyirsiz, digər tərəfdən isə insanlar həlak olur. Bunu necə izah edərdiz?”
Rüstəmovun Paşinyana ünvanladığı növbəti sual isə konkretliyi ilə seçilib: "Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən nə vaxt çəkiləcək?”
Azərbaycanlı jurnalistin sonuncu sualı isə rəsmi Bakının tühlükəsizliyinə yüksək səviyyədə təminat verdiyi London "Arsenal”ının erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməməsinin səbəbləri ilə bağlı olub. Cavaba sonuncu sualdan başlayan Paşinyan məsələnin mahiyyətindən yayınmağa çalışaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını xatırladaraq, uğursuz müqayisəyə cəhd göstərib.
Paşinyan iyunun ilk ongünlüyündə Azərbaycan hərbçilərinin ermənilərin snayper atəşi ilə qətlə yetirilmələrinin məsuliyyətini də öz üzərindən atmağa çalışıb. Baş nazir işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına dair suala isə "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin yeganə qarantıdır” cavabını verməklə kifayətlənib.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol