• $
  • €
  • ₽
  • ₺
  • £

Vaşinqtondakı Qarabağ danışıqlarına Bolton vasitəçilik edəcək

Vaşinqtondakı Qarabağ danışıqlarına Bolton vasitəçilik edəcək
19.06.2019 11:53
Bu həftənin sonlarında Vaşinqtonda baş tutacaq Qarabağ danışıqlarına ABŞ pezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton vasitəçilik edəcək. Anews.az Virtualaz.org xəbər verir ki, bu barədə Bolton özü Twitter-də yazıb.

Xəbər verildiyi kimi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan Vaşinqtonda görüşəcəklər. Bu, ABŞ-ın birbaşa vasitəçiliyi ilə uzun müddətdən bəri təşkil edilən ilk Qarabağ müzakirələridir. Gözlənilir ki, nazirlərin görüşünün ardınca Azərbaycan və Ermənistan rəhbərləri də Vaşinqtonda danışıqlar aparacaqlar.

"Bu həftənin sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü səbrsizliklə gözləyirəm ki, onların arasında dialoqa dəstək verəm”,-Con Bolton yazıb.

ABŞ prezidentinin milli təhlükəsizlik müşavri əlavə edib ki, Vaşinqton regionda sülhün əldə olunmasına dəstək verməyə hazırdır.
Con Bolton Tramp administrasiyasında İran və Rusiyaya münasibətdə sərt xətt tərəfdarı kimi tanınır, "qırğılardan” hesab edilir və administrasiyanın xarici siyasətində əsas söz sahiblərindən biridir. Ötən il Bolton Azərbaycanda və Ermənistanda səfərdə olub. KİV-lər onun Qarabağa dair hansısa təkliflər təqdim etdiyini yazmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol