• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakıdan ABŞ-a sərt cavab

Rəsmi Bakıdan ABŞ-a sərt cavab
29.08.2014 16:22

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib.

ANS PRESS-in məlumatına görə, açıqlamada qeyd olunub ki, ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycan ilə əlaqədar 27 və 28 avqust tarixində verdiyi açıqlamaları əsasız və qəbuledilməzdir: "Siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub.

Yaxşı olardı ki, digərlərində problemlər axtarmaq əvəzinə, ABŞ öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun. Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır".

Qeyd edək ki, Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi ilə əlaqədar ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki açıqlama verib.

Orada İlqar Nəsibovun döyülməsi ilə bağlı istintaqın nəticələrinin tezliklə açıqlanmasının vacibliyi qeyd olunub: "Biz hazırda ağır vəziyyətdə xəstəxanada olan Naxçıvan şəhərində, qeydiyyatda olan vətəndaş cəmiyyəti fəalı, Demokratiyaya Dəstək Mərkəzinin (QHT) direktoru İlqar Nəsibovun döyülməsini qınayırıq. Cənab Nəsibov 10 ildən artıqdır ki, insan hüquqlarının müdafiəçisidir.

Biz bu işlə bağlı polis və prokurorluğun dərhal istintaq başlatdığını başa düşürük. Biz istintaqın tez, sürətli, tam və şəffaf aparılmasını dəstəkləyirik".

Qeyd edək ki, bir müddət öncə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi ilə əlaqədar növbəti məlumat yayıb.

Naxçıvan Şəhər Polis İdarəsinin istintaq və təhqiqat bölməsi tərəfindən aparılan araşdırma zamanı aydın olub ki, Naxçıvan şəhər sakini İlqar Nəsibov avqustun 21-də saat 22:30-da sərxoş vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib.

Aldığı xəsarətə görə ona ilkin tibbi yardım göstərilib. Avqustun 22-də həyat yoldaşının təkidilə İlqar Nəsibov evə buraxılıb.

Fərid Əsgərov öz izahatında bildirib ki, onun ailə üzvləri iqtidaryönümlüdürlər. Bu səbəbdən İlqar Nəsibov onun ailə üzvləri barədə nalayiq və təhqiramiz ifadələr işlədib. Fərid Əsgərov təhqiramiz ifadələr işlədən İlqar Nəsibovun cavabını verib. Bu isə qarşılıqlı ittihama və davaya səbəb olub.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol