• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev hələ 4 vəzifəsində qalır

Ramiz Mehdiyev hələ 4 vəzifəsində qalır
29.05.2020 00:33
Həm siyasi çevrələrdə, həm də mətbuatda və sosial şəbəkələrdə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən ordenlə yola salına Ramiz Mehdiyevin personası ətrafında müzakirələr davam edir. Bu müzakirələrdə onu çox az danışan, ancaq çox şeyi həll edən siyasətçi kimi dəyərləndirirlər.  

Bəs bundan sonra necə olacaq? Milli Elmlər Akademiyasının prezidenti postuna təsdiqlənən cənab Mehdiyev yenə siyasətin içində qalacaq, yoxsa tamamilə kənara çəkiləcək?..Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən yola salınsa da, digər bir neçə mühüm postun sədrliyində qalmaqdadır. Məsələn, ölkə başçısının dünən imzaladığı fərmanla cənab Mehdiyevin adı Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibinə əlavə edilib.Modern.az saytının məlumatına görə, Ramiz Mehdiyevin hazırda sədri olduğu qurumlardan biri Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasıdır.

Bu Komissiya 3 mart 2004-ci il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.  
Komissiya 15 nəfər üzvdən ibarətdir. Qurumun 5 üzvü Prezident tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
 
Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır.
 
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri (yaradılandan indiyə kimi Ramiz Mehdiyev) həyata keçirir.
Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.

Ramiz Mehdiyev Prezident yanında yaradılmış daha 3 qurumun da sədridir.

Bunlar aşağıdakılardır:
Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının sədri;
Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri;
Prezident yanında Heraldika Şurasının sədri.

Əgər 81 yaşlı fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev bundan sonrakı fəaliyyətini sırf elm sahəsinə - Milli Elmlər Akademiyasının prezidenti postuna bağlayacaqsa, o halda onun yuxarıda adları çəkilən 4 qurumun sədrliyindən azad ediləcəyi istisna deyil...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol