• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyəti binalarının qarşısındakı yollar niyə bağlıdır? – “Rayon əhalisinə acıq verirlər”

İcra Hakimiyyəti binalarının qarşısındakı yollar niyə bağlıdır? – “Rayon əhalisinə acıq verirlər”
02.12.2019 10:15
Bəzi rayonlarda İcra Hakimiyyətinin qarşısındakı yolun nəqliyyat vasitələri üçün bağlı olması əhali arasında narazılıqla qarşılanır. Avtomobillərin dar küşələrə yönləndirilməsi də əlavə çətinilikıər yaradır. İcra Hakimiyyəti binasının qarşısından keçən yolun bağlanmasına səbəb kimi də icra başçısının ətrafdakı səs-küydən narahat olması ilə əlaqələndirilir.

Elə bu yaxınlarda Yevlax Rayon İcra Hakimiyyətinin qarşısındakı 15 ildən bəri bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verildi. Rayon sakinləri yol bağlı olduğu üçün əvvəllər avtomobillərin şəhərin mərkəzi ilə hərəkətində çətinliyin yarandığını bildirirdilər. Yevlaxa təyin olunan yeni icra başçısı özündən əvvəlki başçıların özbaşınalığına son qoydu.
 
Maraqlıdır, müxtəlif  bəhanələrlə onsuz da əhaliyə çox da yaxın olmayan bəzi icra başçılarının bir az da əlçatmaz olmaq üçün yolu bağlaması nə dərəcədə düzgündür? Səs-küydən narahatlığa görə sakinlərə çətinlik yaratmaq qanuna sığırmı?
 
Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov yolun bu şəkildə bağlanmasının heç bir qanuna uyğun olmadığını bildirib:
 
""Yol hərəkəti haqqında qanun”da yolda hərəkətin məhdudlaşdırılmasının əsasları var. Orada da hansısa icra başçısının və yaxud da kiminsə narahat olması üçün yolun bağlanması haqqında heç nə yoxdur. Hərəkətin məhdudulaşdırılması sadəcə müvəqqəti xarakter daşıya bilər. Məsələn, idman yarışı, kütləvi tədbir keçirilərsə və yaxud da fövqəladə hadisə baş verərsə yol bağlana bilər. Yoxsa ki, kiminsə səs-küydən narahat olmasına, şəxsi istəyinə görə yolun bağlanması düzgün deyil. Rayonların əksəriyyətində icra hakimiyyəti binalarının yaxınlığındakı yol bağlı olur, bu barədə mənim də məlumatım var. Özü də bölgələrdə İcra Hakimiyyətinin binası adətən mərkəzi əhəmiyyət daşıyan küçə və prospektlərdə olur. O yol bağlananda da avtomobillərin hərəkətində ciddi problemlər yaranır. Bunlar hamısı qanunsuzluq, cəmiyyətə hörmətsizlikdir”.
 
Deputat Fazil Mustafa İcra Hakimiyyəti qarşısındakı yolun bağlanmasının birbaşa yekəxanalıq olduğunu bildirib:
 
"Mən özüm də bəzi rayonlarda şahidi olmuşam, harda ki, icra başçısı özünü yekəxana aparır, bu əmələ əl atır. Guya ki, rayon əhalisinə acıq vermək üçün yolu bağlayır ki, yol mənə məxsusdur, yolu "dədəmdən” gətirmişəm. Yolun bağlanması sırf bununla bağladır, yoxsa ki, bu törədilən əməl hansıssa qanuna əsaslanmır. İcra başçısı sakitlik yaratmaq əvəzinə imkan versin ki, ona səs getsin. Ara-sıra şəhərdəki hay-küyə, əhaliyə balkondan çıxıb baxsın ki, vətəndaşın durumu nədir.  Bu məsələ çox aktualdır, İcra Hakimiyyətləri ibrət götürməlidir. Yolu bağlamaq heç bir məntiqə sığmır. Hesab edirəm ki, bu məsələyə qarşı narazılığın olması, etirazın bildirilməsi vacibdir. Yol elə bir məsələdir ki,vətəndaşın işini çətinləşdirəcək bir istiqamətin götürülməsi bütün hallarda narahatlıq doğurur”.
 
Deputat Adil Əliyev də insanların gəliş-gedişinə mane olmağın qanun pozuntusu olduğunu vurğulayıb:
 
"Ümumiyyətlə mən belə bir hadisənin şahidi olmamışam, ancaq bu cür hallar baş verirsə bu, təbii ki, qəbuledilməzdir. İcra başçısıdır deyə, insanların gəliş-gedişinə mane yaratmaq qanun pozuntusudur.  Belə hal baş verəndə insanlar aidiyyəti qurumlara müraciət etsələr, biz məsələ qaldıra bilərik”.
 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev isə məsələ ilə bağlı saytımıza bildirib ki, İcra Hakimiyyəti binalarının qarşısından keçən yolların bağlanması ilə bağlı konkret fakt göstərilsə, bununla bağlı tədbir görüləcək.
 
Qeyd edək ki, Azərbaycanda Prezident Administrasiyasının qarşısından keçən yol hər zaman vətəndaşlar, sürcülər üçün açıq olduğu halda, hazırda Bərdə, Lənkəran və bir sıra rayon mərkəzlərində İcra Hakimiyyətinin qarşısından keçən yola şlaqbaum qoyulub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol