• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid olan gizirin medalı 11 yaşlı oğluna təqdim edilib - FOTO - VİDEO

Şəhid olan gizirin medalı 11 yaşlı oğluna təqdim edilib - FOTO - VİDEO
04.08.2014 10:22
Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan 37 yaşlı giziri Almazov İsə Ziyad oğlunun müdafiə naziri Zakir Həsənov tərəfindən təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub.APA-nın qərb bürosunun verdiyi məlumata görə, medalın təqdimatı mərhum hərbçinin doğulduğu Qazax rayonun Cəfərli kəndində təşkil edilib. Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Rövşən Əkbərov İsə Almazovun vətənini sevən bir gizir olduğunu və hərbi xidmətdə fərqləndiyinə görə bir neçə dəfə mükafatlara layiq görüldüyünü bildirib.Korpus komandiri İsə Almazovun atasına və ailə üzvlərinə başsağlığı verərək “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin 11 yaşlı oğlu Şahvələd Almazova təqdim edib. Rövşən Əkbərov şəhidlərinin qanının yerdə qalmayacağını, Ali Baş Komandanın əmri olarsa işğal altında olan ərazilərin düşməndən azad ediləcəyini deyib. O, cəbhə boyu hücuma keçən düşmənə layiqli cavab verildiyini bildirib.

Şəhidin yaxınları ailələri adından ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəhidin qardaşı Musa Almazov qardaşının şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini deyib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol