• $
  • €
  • ₽
  • ₺
  • £

Anews.az müxbiri DSMF Gədəbəy idarəsinin rəhbəri tərəfindən döyülüb - VİDEO/FOTOLAR

Anews.az  müxbiri DSMF Gədəbəy idarəsinin rəhbəri tərəfindən döyülüb - VİDEO/FOTOLAR
29.05.2020 09:12
Anews.az xəbər portalının müxbiri Zaur Qəmbərov sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma  aparmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində  olarkən həmin idarənin rəhbəri Elsun Xudaverdiyev və özünü onun sürücüsü kimi qələmə verən İsfəndiyar Qələndərov tərəfindən döyülüb, jurnalistin mobil telefonu adı çəkilən şəxslər tərəfindən sındırılıbdır.

Belə ki, mayın 4-də Zaur Qəmbərov sayta daxil olan şikayət məktubu əsasında DSMF-nin Gədəbəy rayon şöbəsinə gedib. Şikayətlə bağlı araşdırma apardığını görən DSMF Gədəbəy rayon şöbəsinin müdir müavini İbrahim Ələsgərov jurnalisti otağına dəvət edib və onu maraqlandıran sualları cavablandırıb. Bu zaman özünü Elsun Xudaverdiyevin sürücüsü adlandıran İsfəndiyar Qələndərov (DSMF Gədəbəy rayon şöbəsinin rəhbərinin xidməti maşını olmadığından ona sürücünün niyə təyin olunduğu da sual doğurur - red.) otağa daxil olur və jurnalisti nalayiq sözlərlə təhqir edərək təxribata cəlb etməyə çalışır. Bu zaman o, jurnalisti dəhlizə çıxmağa və orada haqq-hesab çəkməyə çağıraraq təhdid edir.
 


 
Dəhlizə çıxandan sonra İsfəndiyar Qələndərov DSMF Gədəbəy idarəsinin dəhlizində quraşdırılmış kameranın qarşısında  jurnalisti  təhqir etməkdə davam edir. Səsə  gələn idarə rəisi Elsun Xudaverdiyev  baş verənlərin jurnalist tərəfindən mobil telefona çəkildiyini görəndə telefonu onun əlindən zorla alaraq yerə çırpır və təpiyi ilə sındırmağa başlayır. Müxbirimiz telefonu  götürmək istəyəndə isə ayağı ilə onun əllərinə zərbələr endirir. 


 
20 dəqiqə müddətində müxbirimiz idarə rəhbəri və onun sürücüsü tərəfindən fiziki təzyiqlərə məruz qalır. Bu zaman o, müxbirimizi onun rəhbərlik etdiyi idarə ilə bağlı yazdığı tənqidi məqalələrə görə cəzalandıracağını, həbs etdirəcəyini dilə gətirərək açıq təhdidə keçir. 

Cənab Xudaverdiyevə yazaraq bildiririk ki, Azərbaycan Respublikası "KİV haqqında qanuna" əsasən  informasiya toplamaq, araşdırma aparmaq, məqalə və xəbərlər yazaraq ictimaiyyəti məlumatlandırmaq  jurnalistin vəzifə borcudur. Əgər cənav Xudaverdiyev öz fəaliyyətində hər hansı nöqsanlara yol verib, insanları süründürüb, onların hüquqlarını pozubsa və bu kimi hallar jurnalist tərəfindən qələmə alınıbsa bu artıq dövlət məmuru və onun tabe olduğu nazirliyin rəhbərinin  günahı sayıla bilər. Buna görə, jurnalisti təhqir və təhdid etmək, xüsusilə də döymək, əmlakına ziyan vurmaq yolverilməzdir. Hətta deyərdik ki, dövlət məmurunun Azərbaycan Respublikasının prezidenti tərəfindən ölkəmizin idarəçiliyi ilə bağlı həyata keçirdiyi ciddi islahatlar şəraitində bu kimi hərəkətlər  birbaşa ölkə rəhbərliyinə qarşı təxribat kimi dəyərləndirilməlidir. 

Məsələ lə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Amma nazirlikdən problemə qəribə bir cavab aldıq.  Cavabda deyilir di ki,  "4 may 2020-ci il tarixdə saat 11.05 radələrində Zaur Qənbərov şöbənin inzibati binasında şöbə müdiri İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs küyə  sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da  hədələyərək sürücü ilə mübahisəyə eidb. İdarənin iş ahəngini 40 dəqiqəyə kimi pozub". 

Nazirliyə jurnalistin  qırılmış telefonu və jurnalistin qan içində olan əllərinin fotolarını təqdim etməyimizə, hadisənin DSMF Gədəbəy şöbəsinin dəhlizində quraşdırılmış kameranın qarşısında baş veridiyini bildirsək də nədənsə nazirlik rəsmiləri bu faktlara biganə qalaraq öz əməkdaşlarının əməllərini ört-basdır etməyə çalışdıar. Şübhə etmirik ki,  Elsun Xdudaverdiyev kimilərin nazirlik rəhbərliyi tərəfindən cəzasız qalması özlərini vətəndaşlara və jurnalistlərə qarşı belə qanunsuz və hüquqa zidd aparmalarına rəvac verən amillərdəndir.  

Qeyd edək ki, bizim saytımızda Elsun Xudaverdiyev dəfələrlə tənqid edilib. Onun fəaliyyəti redaksiyamıza vətəndaşlardan daxil olan şikayət məktubları əsasında araşdırılıb və vətəndaşların hüquqlarının pozulması  aşkar edilib. Zaur Qənbərovun araşdırmaları əsassız idisə nədən cənab Xudaverdiyev indiyə kimi məhkəməyə müraciət etməyib? Əksinə hüquq müstəvisində mübarizə aparmaq yerinə cəzasızlıqdan  gözləri kor olan dövlət məmuru jurnalisti dövlət idarəsində döyməyə üstünlük verib. Təkcə bu fakt adı çəkilən şəxsi xarakterizə etməyə imkan verir. Məsələ ilə bağlı artıq  tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət edilib,  Elsun Xudaverdiyev və onun sürücüsü  İsfəndiyar Qələndərovun xuliqanlıq, o cümlədən vəzifəsindən sui-istifadə etmək üstündə cinayət məsuliyyətinə cəlb olunması tələb edilibdir. 

Bütün deyilənləri əsas gətirərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət edir, Gədəbəy rayonunda baş verən bu özbaşınalığa son qoyulmasında bizə  yardımçı olmasını xahiş edirik. 

Anews.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol