• $
  • €
  • ₽
  • ₺
  • £

"Koronavirus yoxdur, bu bir oyundur“ - SENSASİON AÇIQLAMA

"Koronavirus yoxdur, bu bir oyundur“ - SENSASİON AÇIQLAMA
29.05.2020 11:58
Astroloq Səbuhi Rəhimli koronavirus pandemiyası ilə bağlı "Youtube” kanalında ilginc açıqlamlar verib.

Pravda.az-ın xəbərinə görə, astroloq pandemiyanın bitməsi ilə bağlı suallara bu cür cavab verib:

"Düşünürəm ki, iyunun 10-dan sonra hər şey öz qaydasına düşəcək. Mənə çox suallar verirlər ki, əslində nə baş verir? Bu karantin nə idi, yaxınlarımızdan heç kəs koronavirusa yoluxmayıb və sairə. Bundan əvvəl koronavirusla bağlı çoxlu, xeyli gülməli və ağlagəlməz versiyalar irəli sürürdülər. Kimisi deyirdi ki, "bu əslində virus deyil, "5 G” internet şəbəkəsidir ki, insanlara virus ötürür”, məşhur bir türkiyəli həkim var idi, o da deyirdi ki, "kəllə-paça yeyənə koronavirus yoluxmur”, bəziləri isə bildirirdi ki, "üzərlik yandırsanız, koronavirusa yoluxmazsınız”, kimisi dedi "bu masonların işidir”, kimisi də dedi ki, "ingilsilərlə yəhudilərin savaşıdır” və ya dedilər ki, "3-cü qüvvə rotşildlərə, rokfellerlərə öz gücünü göstərmək üçün bu virusu yayıb” və sairə”.

Astroloq koronavirus bəlasının bir oyun olduğunu iddia edib:

"Mənim ağlabatan bir versiyam var. Dəfələrlə alimlər də həyəcanla xəbərdarlıqlar edirdilər ki, Yer kürəsində kimyəvi sənaye, silahlar o qədər fəsad yaradıb ki, ozon təbəqəsi getdikcə genişlənir və bu dünyamıza fəlakət gətirə bilər.

Hamı, hətta uşaq da bilir ki, koronavirus yoxdur, bu bir oyundur. Amma bu hansı oyundur, onu heç kəs bilmir. Sadəcə, həmin qara dəliyin genişlənməsi nəticəsində Yer kürəsinə elə bir radiasiya daxil olur ki, o da bütün həyatı çökdürə, gözə görünməyən ultabənövşəyi şüaları ilə insanları məhv edə bilər. Ona görə də bütün dünyanı dayandırdılar, sanki dincəlməyə qoydular. Bütün kimyəvi zavodlar dayandı, təyyarələr uçmadı, nüvə silahı istehsal edən strukturlar, şirklətlərin hamısı fəaliyyətini dondurdu. Bununla da səmaya buraxlan o zəhərli qazlara bir növ stop verildi, hətta müharibələr də dayandırıldı.

Ona görə də gah Tramp dedi ki, bu virus apreldə bitəcək, sonra dedilər ki, mayda başa çata bilər. Amma gördüyünüz kimi bu proses hələ də davam edir.

ÜST də sanki ölkələrə barmaq silkələyib deyir ki, onların dediklərinə hansı ölkələr əməl etməsə sanksiyalar tətbiq edilə, cəzalandırıla bilər”.

Səbuhi Rəhimli bəzi astroloqların da səhv məlumat yaydığını deyib:

"Bəzi astroloqlar çıxıb dedilər ki, guya Saturn Dolça bürcünə daxil olanda bu cür olay baş verir. Amma araşdırmalar da bunu sübut edir ki, Saturn bu bürcə daxil olanda tarix boyu bu cür olaylar olmayıb”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol