• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın keçmiş baş nazirindən açıqlama- “Ona dedim ki, səni güllələyərəm”

Azərbaycanın keçmiş baş nazirindən açıqlama- “Ona dedim ki, səni güllələyərəm”
29.05.2020 12:18
"1992-ci il mayın 5-də biz artıq bilirdik ki, Şuşa işğal olunacaq. Amma müdaifə naziri Rəhim Qazıyevin çox ümidlə dediyi "Şuşa getməyəcək, Şuşa getsə başıma bir güllə vuracağam” sözləri bizi bunun baş tutmayacağına əmin etmişdi. Bu sözü o Şuşada deyib”. 




Qaynarinfo xəbər verir ki, bu sözləri keçmiş baş nazir Surət Hüseynov dokumentalist-rejissor Laçın Məmişova müsahibəsində deyib.




Keçmiş baş nazir bildirib ki, Şuşa işğal olunduğu gün batalyon komandirləri onun yanına gələrək Rəhim Qazıyevin verdiyi vədi onların gözü qarşısında yerinə yetirməyi təələb ediblər. 




"Otaqda Millii Qəhrəman Şahin Tağıyev , Fred Asif, "Şaqan”, "Qatır” Məmməd və digərləri olub. Çox əsəbi idilər. Mənə dedilər ki, "Rəhim başına güllə vuracaqsa gəlsin bura, bizim yanımızda vursun”. Mən zəng vurdum Rəhim Qazıyevə.. Dedim, "Rəhim, komandirlər yığlılıb səni gözləyir, gəlin”, - deyə Surət Hüseynov vurğulayıb.




Keçmiş baş nazirin iddiasına görə, Rəhim Qazıyevin Rusiyanın müdafiə naziri Pavel Qraçovla görüşünə mane olub: "Rəhim mənə dedi ki, gedirəm Qraçovun yanına. Telefonda qəzəblə Rəhimə "Qraçov da belə-belə olsun. Qraçovun yanına getsən Bakıya qayıtma. Qayıtsan səni tutub burda biz güllələyəcəyik. Gəl bura sənə deyirəm. Bundan sonra Rəhim Qaziyev vertalyotla gəldi. Başladı günahı AXC-nin üstünə yıxmağa. Dedi ki, cəbhə batalyonların hamısını çıxartdı, hakimiyyətə gəlmək üçün getdilər Bakıya çevriliş eləməyə. Mən neyləməliydim? Dedim, a kişi, Şuşaya gələn yolu bağlamaq lazım idi. 20 nəfərlə bağlamaq olardı. Mən Şuşaya ZU-23-lər vermişdim. Şuşaya girən erməni tanklarını dəlik-deşik edərdi. O silahlardan istifadə olunmadı”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol