• $
  • €
  • ₽
  • ₺
  • £

"Prezidentin maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır" - Politoloq

"Prezidentin maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır" - Politoloq
04.06.2020 17:33
"Pandemiyanın yayılma təhlükəsinin yarandığı andan dərhal bütün aidiyyəti dövlət qurumları çevik hərəkətə keçdi. Çevik tibbi, sosial mobilizasiya, həmçinin qısa müddətdə ünvanlı maliyyə ayırmalarının təşkili, sıravi vətəndaşlardan tutmuş sahibkarlıq subyektlərinə qədər operativ dəstəyin həyata keçirilməsi bir daha onu göstərdi ki, vətəndaşların həyat və sağlamlığının təmin edilməsi və iqtisadi dayanıqlığının davamlılığını kimi vacib sahələr üzrə dövlət qurumları öz vəzifələrini uğurla icra edir".

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə ölkəmizdə koronavirusla mübarizə çərçivəsində görülən işlərdən danışarkən deyib.

Politoloq bildirib ki, bütün bunlar ölkənin sağlamlıq və iqtisadi təhlükəsizliyinin təmin olunmasına ölkə başçısınnı strateji yanaşmasından irəli gəlir: "Dövlət öz üzərinə düşən vəzifələri uğurla icra edir. Ancaq dövlətin vətəndaşa göstərdiyi bu qayğını, bir çox hallarda vətəndaş özünə göstərmir, öz sağlamlığına laqeyd yanaşır. Bu halda vətəndaşın üzərinə düşən vəzifə çox sadədir. Öz sağlamlığını qorumaq, sosial məsafəyə riayət etmək, maska taxmaq, Operativ Qərargahın göstəriş və tövsiyyələrinə riayət etmək.
 
Cənab Prezident İlham Əliyevin ötən gün Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməlidir. Dövlətdən maliyyə dəstəyinin verilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, qiymətlərin stabilliyi fonunda zəruri tibbi ləvazimatlara tələbatın ödənilməsi vətəndaşın üzərinə düşənləri özünü bu virusdan qorumaqla məhdudlaşdırır".

Y.Bağırzadə virusdan qorunmaq üçün vətəndaşları karantin qaydalarına ciddi əməl etməyə çağırıb. 

"Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi ilə təsbit edilmiş sağlamlığın qorunması hüququ da daxil olmaqla, ölkə rəhbəri vətəndaşların bütün hüquqlarının qorunması üçün hər bir məsələyə həssas yanaşır. Hər bir məsələyə diqqətlə yanaşaraq, öz tövsiyyə və tapşırıqlarını verir. Hər kəs də anlamalıdır ki, bütün bu görülən işlər bir məqsədə yönəlib: hər bir vətəndaşın rifahına, sağlamlığına və təmin edilmiş gələcəyinə. Bunun üçün də, hər bir vətəndaşı məsuliyyətli olmağa, Operativ Qərargahın qərarlarını qeyd şərtsiz icra etməyə çağırıram", - deyə o qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol