• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər Milli Məclisin növbəti iclasına çağırılmayacaq

Jurnalistlər Milli Məclisin növbəti iclasına çağırılmayacaq
09.06.2020 11:43
Milli Məclisin iyunun 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, iclasda yeddi məsələ müzakirə ediləcək.

"2019-cu il dövlət büdcəsinin icrası haqqında” sənəd, "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik də ikinci oxunuşa təqdim olunacaq.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında layihə parlamentin iclasının gündəliyinə salınıb.

Deputatlar "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Yerin təki haqqında” və "Ətraf mühitin mühafizəsi haqqında” qanunlara dəyişikliklərə də münasibət bildiriləcəklər.  

Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələrin səsə qoyulması gözlənilir.

"Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Parlamentin iclasına koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı KİV nümayəndələri dəvət edilməyəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol