• $
  • €
  • ₽
  • ₺
  • £

DİN vətəndaşı "dovşan" adlandıran polisdən DANIŞDI

DİN vətəndaşı "dovşan" adlandıran polisdən DANIŞDI
09.06.2020 15:17
Daxili İşlər Nazirliyi Yasamal rayonunda keçirilən əməliyyat zamanı qadına qarşı xoşagəlməz ifadələr işlədən polis əməkdaşı ilə bağlı məsələyə aydınlıq gətirib.

Rəsmi açıqlamada həmin polis əməkdaşının vəzifədən çıxarıldığı qeyd olunduğu üçün sosial şəbəkədə vətəndaşlar bunun polis sistemindən qovulma olmadığını, həmin şəxsin bir müddət sonra başqa vəzifədə polis kimi çalışacağını iddia ediblər.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  açıqlamasında bildirib ki, Çevik Polis Alayının həmin əməkdaşı nazir Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarıdan xaric edilib:

"Qadına qarşı kobudluq edən əməkdaş müəyyən olunub və bu gün Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub”.

Xidmət rəisi vətəndaş Gülər Süleymanovadan "məndən üzr istənilməyib” məzmunlu açıqlamasına da aydınlıq gətirib:

"Qadın deyir ki, həmin əməkdaş məndən üzr istəməyib. Həmin polis əməkdaşı xidmətdən xaric edildi, onun əvəzinə vətəndaşdan üzr istənilib. Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub”.

E.Zahidov qeyd edib ki, əməliyyat zamanı polis əməkdaşları tərəfindən çəkilən videolarının hansı formada yayılması, sosial şəbəkələr və mediada yayımlanması araşdırılır.(Qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol