• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci vitse-spiker: "Polis etik qaydaları pozdu"

Birinci vitse-spiker: "Polis etik qaydaları pozdu"
09.06.2020 16:22
"Azərbaycan vətəndaşları bütövlükdə - cəmiyyətimiz, vətəndaşlarımız qəbul olunmuş qanunlara və karantin rejiminə, həqiqətən də, ciddi riayət edir. Hazırda isə cəmiyyət bir epizodu müzakirə edir”.

Bunu Yeni TV-nin efirində Milli Məclis sədrinin birinci müavini Yasamalda polislə sakinlər arasında baş verən insidentə münasibət bildirərkən deyib.

O qeyd edib ki, epizodik hallar hər zaman, bütün dövlətlərdə ola bilər. Birinci vitse-spikerin fikrincə, Azərbaycan vətəndaşlarının qanuna hörmət kimi yüksək mənəvi keyfiyyətləri var.

Ə.Hüseynli söyləyib ki, Bakının Yasamal rayonundakı hadisələr barədə dəyərləndirmə adekvatlıq prinsipi ilə ölçülməlidir.

"Daxili işlər orqanları qanunla öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. Həm Milli Məclisin qəbul etdiyi qanun, həm Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarının icrası əsas etibarilə daxili işlər orqanları tərəfindən həyata keçirilir”, - deyə Ə.Hüseynli əlavə edib.

Parlament sədrinin birinci müavini Yasamalda polisin vətəndaşı təhqir etməsini də şərh edib. Onun fikrincə, bu zaman polis nümayəndəsinin etik davranış qaydalarından kənar hərəkətləri müşahidə edilib.

"Bir tərəfdən vətəndaşın qanun pozuntusunu, digər tərəfdən isə polisin etik davranış qaydasını pozduğunu gördük. Məsələ araşdırıldı, məlum oldu ki, qanunu pozan vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyırlar. Daxili işlər orqanlarının rəhbərliyi qısa zaman çərçivəsində etik davranış qaydalarını pozan polis əməkdaşı ilə bağlı tədbir gördü”.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt qadağalar tətbiq edilib.

Yasamal rayonu ərazisindəki yaşayış binalarından polis əməkdaşlarının üzərinə zibil atan şəxslər barədə məhkəmə qərarı verilib. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. 

Saxlanılan şəxslər inzibati qaydada həbs edilib.
Onlar İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.
Yasamal Rayon Məhkəməsi saxlanılan 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verib.

Polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb.

Bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib. (Oxu.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 14:54
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Siyasət 13:25
Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Siyasət 14:20
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Siyasət 13:37
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Siyasət 13:33
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Siyasət 13:28
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Siyasət 13:22
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Siyasət 13:18
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Siyasət 13:15
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol