• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidenti fransalı həmkarına məktub yazdı

Azərbaycan prezidenti fransalı həmkarına məktub yazdı
14.07.2014 18:47

“Dağlıq Qarabağ münaqişənin tezliklə və ədalətli həlli üçün Fransanın və şəxsən Sizin səylərinizdən gözləntilərimiz böyükdür”

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollanda təbrik məktubu ünvanlayıb.

 

APA-nın məlumatına görə, məktubda deyilir: “Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

 

Bu gün Azərbaycan-Fransa münasibətləri öz zəngin tarixi ənənələrinə uyğun olaraq müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli və davamlı humanitar, mədəni əlaqələrimiz Azərbaycan-Fransa münasibətlərinin səciyyəvi cəhətlərindəndir.

 

Sizin bu yaxınlarda Azərbaycana səfəriniz, apardığımız danışıqlar, imzalanan sənədlər, şübhəsiz ki, ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verib.

 

Biz Fransanın Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında marağından məmnunluq duyuruq. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün, ərazilərimizin 20 faizinin işğal olunması, soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə müşayiət olunmuş münaqişənin ağır nəticələrinin beynəlxalq hüquq normaları əsasında aradan qaldırılması, problemin tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizdən gözləntilərimiz böyükdür.

 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol