• $
  • €
  • ₽
  • ₺
  • £

Polis sakinlərə yox, sakinlər polisə qarşı kobudluq ediblər – DİN-dən AÇIQLAMA

Polis sakinlərə yox, sakinlər polisə qarşı kobudluq ediblər – DİN-dən AÇIQLAMA
10.06.2020 14:14
Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyatdan sonra polislər tərəfindən lentə alındığı müşahidə olunan bir neçə görüntü sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov bildirib ki, sözügedən videolardan bəziləri qurum tərəfindən sübut kimi paylaşılıb:

"Bütün hüquq-mühafizə orqanlarında, o cümlədən xüsusi xidmət orqanlarında keçirilən tədbirlər lentə alınır. Bu da o məqsədlə alınır ki, istintaq və təhqiqat prosesində bundan istifadə olunsun, araşdırmalarda istifadə olunsun. Yəni sırf xidməti istifadə üçün bunlar lentə alınır. Dünyanın hər yerində bu qayda var, yəni bu yolveriləndir. Biz də orada onları lentə almışıq, lakin təlimatı pozaraq onu yayn əməkdaş müəyyən olundu və cənab nazirin əmri ilə də daxili işlər orqanlarından qovuldu. Videoların bir hissəsini sübut kimi özümüz yaymışdıq. Amma icazə olmadan video yayan, həmin o qadına kobud ifadə işlədən əməkdaş da, Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanından qovuldu”.

Digər videoları yayan polis əməkdaşları ilə bağlı sualımıza isə E. Zahidov belə cavab verdi: 

"Həmin videolardır, sadəcə yeniləyirlər”.

Polis əməkdaşları tərəfindən yayılmış görüntülərdə saxlanılan şəxslərə qarşı zor tətbiq olunması ilə bağlı kadrlara mətbuat katibi belə münasibət bildirdi:
"Heç kəsə zor tətbiq edilməyib. Sakinlər özləri xidmətdə olan polis əməkdaşlarına qarşı kobudluq ediblər, onları təhqir ediblər, üzərinə zibil atıblar, qanuni tələblərinə tabe olmayıblar. Polis də adekvat tədbir görərək onları saxlayıb”.(Yeniavaz.com)
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol