• $
  • €
  • ₽
  • ₺
  • £

“Polis vətəndaşın evinə sanki terrorçu axtarırmış kimi hücum etməli deyildi” – Sabir Rüstəmxanlı

“Polis vətəndaşın evinə sanki terrorçu axtarırmış kimi hücum etməli deyildi” – Sabir Rüstəmxanlı
11.06.2020 10:11
"Hesab edirəm ki, nə vətəndaş yuxarı mərtəbədən polisin başına zibil atmalı idi, nə də polis vətəndaşın evinə sanki terrorçu axtatrımış kimi hücum etməli deyildi”.
 
Bunu deputat Sabir Rüstəmxalı iyunun 7-də və 8-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 13-də baş vermiş hadisə ilə bağlı şərhində bildirib.
 
"İynun 8-də kadrlarda gördüyüm polislər, onların binaya hücumları anromal bir hadisə idi. O qədər polis nəfərini ora cəmləməyə, səhər saat 6-da qapıları döyməyə nə ehtiyac var idi? Lap orada cinayətkar var idisə belə, bunu daha sakit, daha mədəni formada müvafiq qanunun tələblərinə uyğun həll etmək olardı. İnsana paltarını geymək imkanı yaradardı. Amma vətəndaşa kadrlarda görünən münasibəti bəsləmək olmazdı", deyə deputat bildirib.
 
O, deyir ki, belə münasibət olan yerdə polisə inam itir, belə davranışı qətiyyələ pisləyir və qəbul etmir. Onun fikrincə, dövlət məmuruna münasibət nədirsə, sıravi vətəndaşa da həmin hörmət, ehtiram olmalıdır.
 
Deputat hesab edir ki, bu əməliyyat polisin imicinə müsbət heç nə gətirməyib. Üstəlik, polis nəfələrinin özlərinin baş verənləri videoya çəkmələri, bunların sosial mediaya ötürülməsi anlaşılan deyil: "Bu nə deməkdir? Bunun arxasında nə dayanır? Niyə belə əməliyyat aparılır, bunlar hamısı düşündürücüdür.
 
Fikrimcə, həm DİN, həm əlaqədar qurumlar bünün üzərində düşünərlər ki, bu, təxirbat da ola bilər" .
 
S.Rüstəmxanlı hesab edir ki, vətəndaşın evində tərbiyəsilzik edən, xanımı, həyat  yoldaşını təhqirə məruz qoyan şəxslər isə mütləq cəzalandırılmalıdırlar.(Turan)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol