• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa yoluxan PA işçilərindən XƏBƏR VAR

Koronavirusa yoluxan PA işçilərindən XƏBƏR VAR
11.06.2020 11:30
Prezident Administrasiyasında 19 nəfər koronavirusa yoluxub. Bu barədə iyunun 9-da keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Bayramlının sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşı koronavirusa yoluxub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu bildirib.

Ancaq virusa yoluxan dövlət orqanlarının əməkdaşlarının vəziyyəti barədə məlumat verilmir.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva "Yeni Müsavat”a bildirdi ki, koronavirusa yoluxan PA işçiləri xüsusi rejimli xəstəxanalarda müalicə olunurlar.

TƏBİB sözçüsü onların vəziyyəti və hansı xəstəxanalarda olduqları haqda məlumat verilmədiyini açıqladı.

Qeyd edək ki, yazı çapa hazırlanana qədər ölkədə ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arası, 18 faizi 30-39 yaş arası, 15 faizi 40-49 yaş arasında olanlardır.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb. Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

Həkim Vaqif Qarayev deyib ki, yoluxma daha çox ictimai nəqliyyatda və ictimai-iaşə müəssisələrində olub. İctimai nəqliyyat hələ də təhlükə mənbəyidir.
Onun sözlərinə görə, Gürcüstan təcrübəsindən istifadə edilməli, ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalı idi:

"Fikrimcə, hökumət kafe, restoranları da açmamalıydı. Restoranlarda, kafelərdə çalışanlara sosial kompensasiya ödəmək olardı. Ancaq artıq gecdir. Ən yaxşısı indi kafe, restoranlara getməməkdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol