• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokurorun yeni müavini kimdir? - DOSYE

Baş prokurorun yeni müavini kimdir? - DOSYE
13.06.2020 15:23
 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
BAKU.WS Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Vidadi oğlu Məmmədov haqqında bəzi məlumatları oxuculara təqdim edir: 

Məmmədov Heydər Vidadi oğlu 1986-cı ildə Bakı şəhərində anadan olub, 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib.

2008-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı Şəhər Prokurorluğunda, Bakı Şəhəri Nəsimi, daha sonra Nizami Rayon Prokurorluqlarında müstəntiq vəzifəsində işləyib.

2012-2014-cü illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror, böyük prokuror vəzifələrində çalışıb.

2017-ci ildən H.Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsini rəisi, 2019-cu il tarixdən isə həmin Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində işləyib.

17.02.2020-ci ildən H.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, həmçinin, prokurorluqda qüsursuz xidmətə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılıb.

Ailəlidir. İki övladı var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol