• $
  • €
  • ₽
  • ₺
  • £

Dağıstanla sərhədə Seyfulla Əzimov da gedib

Dağıstanla sərhədə Seyfulla Əzimov da gedib
17.06.2020 11:02
Dağıstan rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı iyunun 16-sı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib.

Baş Nazirin müavini Ramazan Cəfərov vəziyyəti şərh edərək 600-ə yaxın Azərbaycan vətəndaşının Dərbənddəki sərhədi keçmək üçün gözlədiyini açıqlayıb. Cəfərov bildirib ki, onların geri qaytarılması karantin rejiminə görə mərhələlərlə həyata keçirilir.

"Azərbaycanlı həmkarlarımız dərhal hamını qəbul edə bilmirlər, buna görə də Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə razılaşdırılaraq hər həftə 100-130 nəfərin sərhədi keçməsi qəbul edilib. Bu gün də proses baş tutmalı idi, amma dünən Kullar kəndi yaxınlığındakı çadır düşərgəsində olan vətəndaşlar hazırlanan siyahıdan narazılıqlarını bildirdilər. Daha sonra iğtişaşlar başladı, nəticədə polis qüvvələri vəziyyəti sabitləşdirmək üçün müdaxilə etməli oldu. İndi vəziyyət sabitdir. Bu gün Azərbaycandan Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimovun rəhbərliyi ilə hazırkı vəziyyəti müzakirə etmək və gələcəkdə belə halların təkrarlanmaması üçün təklifləri nəzərdən keçirmək üçün nümayəndə heyəti gəldi”, - deyə R. Cəfərov vurğulayıb.

Bundan əlavə bildirilib ki, əvvəllər tərtib edilmiş siyahıya yenidən baxılacaq. Həmin qruplar sərhədi keçməzdən öncə Azərbaycan nümayəndələri Dağıstana gələcək və siyahının tərtibində iştirak edəcəklər.

Ramazan Cəfərov insident nəticəsində 5 Azərbaycan vətəndaşının xəsarət aldığını, onların xəstəxanaya aparıldığını və tibbi yardım aldıqlarını bildirib.

Qeyd edək ki, ötən gün 155 vətəndaşın sərhəddən buraxılması təmin edilib. Bu siyahıya ilk növbədə uşaqları olan qadınlar, yaşlı vətəndaşlar, xəstə insanlar, eləcə də uzun müddət çadır şəhərciyində olanlar daxil edilib.(qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol