• $
  • €
  • ₽
  • ₺
  • £

“Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib...” – Əli Həsənov

“Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib...” – Əli Həsənov
19.06.2020 15:02
Prezidentin keçmiş köməkçisi Əli Həsənov vəzifədən çıxarılandan sonra gündəmdən düşmür. 

Anews.az xəbər verir ki, uzun illər ölkənin ictimai-siyasi həyatına nəzarət edən, mediani yönəldən keçmiş köməkçi barədə demək olar ki, hər gün bir məlumat yayılır. Təbii ki, bu məlumatlar Əli Həsənovun xeyrinə deyil. 

Bu günlərdə isə keçmiş köməkçinin həbs edilə biləcəyi barədə iddialar səsləndirilib. Kütləvi İnsormasiyalara Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəşxsləri barədə başlanmış cinayət işinin Əli Həsənovdan da yan keçməyəcəyi bildirilir. Yayılan xəbərlərdən biri də keçmiş köməkçinin ailəsinin 208 000 manat vergi borcunun olması barədədir.  Onun biznes imperiyasına da əl qoyulduğu deyilir.

Bu məlumatların sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmasına baxmayaraq, susmağa üstünlük verən Əli Həsənov nəhayət, bu gün danışıb. 

O Demokrat.az-a müsahibəsində ailəsinin 208 000 manat vergi borcu olmasına münsaibət bildirib. "O şirkətin rəhbəri var, siz də zəng edib öyrənin ki, "Kaspi" liseyinin rəhbəri kimdir. Dövlətə vergi borcunun olması barədə onlara müraciət edin. Onlardan cavabınızı alıb verin. Yoxsa ki, mən şirkət, lisey idarə etmirəm, bizneslə məşğul olmuram. Mən elmi-pedoqoji sahədə çalışıram, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm”, - deyə o vurğulayıb. 

Əli Həsənov biznes imperiyasına əl qoyulduğunu təsdiq edib. O bildirib ki, oğlu rəhbərlik etdiyi bütün şirkətləri təhvil verib: "Mənim oğlumun şirkəti yoxdur.
Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib. Yalnız "Araz" radiosu qalıb ki, onun da təhvil-təslimi gedir. Özünüz araşdırıb öyrənə bilərsiniz. Şəxsən mən bu barədə heçnə bilmirəm. Çünki məşğul olmuram”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol