Lənkəran, Quba, Göyçay və Yevlax rayonlarına prokurorlar təyin olundu
19.06.2020 16:34
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, Baş prokurorun imzaladığı əmrlərlə Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları vəzifələrinə təyin edilib. www.anews.az