Mehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü - FOTO

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid polkovnik Səməd Abbasovun ailə üzvlərinin müraciətinə dərhal reaksiya verib.
Şəhidin ailə üzvləri göstərilən bu diqqət və qayğıya görə həm Azərbaycan Respublikasının Prezidentinə, həm Birinci vitse-prezidentə, həm də Heydər Əliyev Fondunun nümayəndələrinə öz minnətdarlıqlarını bildiriblər:
"Dərhal verilən bu reaksiyaya, şəhidin ailə üzvünə göstərilən bu diqqətə görə başda cənab Prezident və Birinci Vitse-prezident olmaqla Heydər Əliyev Fondunun nümayəndələrinə sonsuz təşəkkürümüzü bildiririk. Mehriban xanım çox sağ olsun, göstərdiyi bu diqqət bizdə ağır xəstəlikdən əziyyət çəkən ailə üzvümüzün tezliklə sağalacağına inam yaradıb”.

www.anews.az
Son xəbərlər 
Daha çox 























