• $
  • €
  • ₽
  • ₺
  • £

"Biz virusu öyrənməyə çalışdıqca o da bizi öyrənir" - ÜST-dən AÇIQLAMA

"Biz virusu öyrənməyə çalışdıqca o da bizi öyrənir" - ÜST-dən AÇIQLAMA
29.07.2020 14:43
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun qripə səbəb olan qrip virusları kimi mövsümi olmadığını və isti havalarda da təsirini göstərdiyini bildirib.

Anews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-ün sözcüsü Marqaret Harris təşkil etdiyi onlayn mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, tənəffüs yollarına təsir edən virusların ümumiyyətlə mövsümi olduğunu, ancaq yeni tip koronavirusun bundan fərqləndiyini bildirib. Harris, COVID-19-un hər mövsümü sevdiyini və ötürücülük xarakteri daşıdığını vurğulayıb.

İstər hazırda yay fəslinin yaşandığı ABŞ-ın, istər tropik qurşaqlarda yerləşən Braziliya və Filippin kimi ölkələrin də pandemiya mərkəzinə çevrilməsinin buna nümunə olduğunu bildirib:

"Bu qismi artıb-azalmalarla müşahidə edilən dalğadır. Əlimizdən gələn ən yaxşı şey, pandemiyanı kifayət qədər nəzarətdə saxlamaq və artımın qarşısını almaqdır. Hazırda birinci, ikinci və ya üçüncü dalğa kimi ifadələri işlətməyin mənası yoxdur".

İnsanların tətbiq olunan qaydalara riayət etmədiyini, virusun da əsasən insanların sıx olduğu yerlərdə yayıldığını deyən sözcü, həmçinin onu da vurğulayıb ki, biz virusu öyrənməyə çalışdıqca o da bizi öyrənir, ehtiyatlı olmaq lazımdır.

Daim yenilənən "Worldometers” saytına əsasən bu vaxta kimi dünya üzrə 16 milyon 920 min 857 yoluxma, 664 min 141 ölüm faktı qeydə alınıb. 10 milyon 485 min 316 nəfər isə sağalıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol