• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı
06.08.2020 11:35
Cari il iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Baş prokuror Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, cinayət işinin istintaqı zamanı cinayət törətmiş şəxslərin dairəsi müəyyən edilməklə bu cinayətin təşkil olunmasında, o cümlədən törədilməsində biləvasitə iştirak etmiş şəxslər istintaqa cəlb edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri, intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə cinayətin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri təmin ediləcək.

Bununla yanaşı qeyd edilməlidir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin həyata keçirilən prosessual hərəkətlər zamanı guya hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Baş Prokurorluq tərəfindən diqqətə çatdırılır ki, təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız müdafiəçinin iştirakı ilə həyata keçirilib və sonuncuların hüquqlarının pozulması hallarına yol verilməyib.

Bir daha qeyd edilir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir və istintaqın obyektiv gedişatına təzyiq göstərilməsi kimi qiymətləndirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol