• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi Nəcməddin Sadıkovla bağlı AÇIQLAMA yayıb

Müdafiə Nazirliyi Nəcməddin Sadıkovla bağlı AÇIQLAMA yayıb
11.08.2020 17:56
"Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalanlar uydurmaqdır".

Anews.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya "Baş Qərargah rəisinin Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.

Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir. Amma həmin məkrli dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.
Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakterli məlumatların məhz bu gün - Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayılması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir", - nazirliyin açıqlamasında qeyd olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol