Paşinyanın Livandan gətirtdiyi 100-ə yaxın erməni Qarabağa köçürülüb

Livandan 100-ə yaxın erməni Ermənistana gətirilib.
Anews.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində bildirib.
"Ermənistana xoş gəlmisiniz, əziz həmvətənlər. Hamınızı qəbul etməkdən məmnunuq və öz vətənlərində məskunlaşmaq istəyən vətəndaşların geri qayıtmasını təşkil etmək üçün əlimizdən gələni edirik”, - Paşinyan yazıb.
Ermənilər Livana humanitar yardım daşıyan təyyarələrlə tarixi vətənlərinə geri qayıdıb. Onların Dağlıq Qarabağ ərazisində yerləşdiriləcəyi bildirilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























