• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin Müdafiə naziri Azərbaycana səfəri zamanı MÜHÜM AÇIQLAMA verib

Türkiyənin Müdafiə naziri Azərbaycana səfəri zamanı MÜHÜM AÇIQLAMA verib
13.08.2020 16:29
Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycana səfəri çərçivəsində Türkiyə-Azərbaycan ortaq hərbi təlimlərində iştirak edən hərbçilərlə görüşüb.

Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar görüşdə Ermənistanla münaqişədə Türkiyənin daim Azərbaycanın yanında yer alacağını bir daha qeyd edib.

"Mən çox açıq şəkildə bildirmək istərdim ki, son illərdə bütün dünyanın gözü qarşısında Xocalıda soyqırımı törətmiş və Dağlıq Qarabağı heç bir qanuni əsaslandırma və legitimlik olmadan işğal etmiş Ermənistana qarşı bütün gücümüzlə Azərbaycan yoldaşlarımızın yanındayıq. Azərbaycan tək deyil”.

H.Akar Baş Qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları Komandiri, general Ümit Dündar, Hərbi Hava Qüvvələri komandiri General Hasan Küçükakyüz və Dəniz Qüvvələri komandiri Admiral Adnan Özbal ilə birlikdə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən əsgərlərlə görüşüb.

Akar Müdafiə Naziri, general Zakir Həsənovu və məşqdə iştirak edən hərbçiləri təbrik edərək bidirib: "Mən və dostlarım ikinci vətənimiz olan Azərbaycanda olmaqdan çox məmnunuq və həyəcan keçiririk”.

Təlimlə bağlı qiymətləndirmələrini bölüşən Akar, Tovuzdakı xain hücum nəticəsində şəhid olan, suverenlik və müstəqillik uğrunda canlarını fəda edən bütün hərbçilərimzi yad edərək çıxışını "Hamınız salamat və yaxşı qalın” ifadəsi ilə sonlandırıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol