• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı Vidadi İsayevlə bağlı ittihamlara RƏSMİ CAVAB

İcra başçısı Vidadi İsayevlə bağlı ittihamlara RƏSMİ CAVAB
18.08.2020 11:20
Elşən Mənsimlinin Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin onun atasına məxsus torpağı ələ keçirməsi ilə bağlı iddiası barədə məlumat vermişdik.

Anews.az xəbər verir ki, bu barədə Bərdə RİH-dən "qafqazinfo”ya açıqlama verilib. E.Mənsimlinin iddiaları təkzib olunub və bildirilib ki, "Kəpəz” kooperativi Bərdə rayon XDS İcraiyyə Komitəsinin 30 dekabr 1988-ci il 18 nömrəli qərarı ilə qeydiyyata alınıb: "Kooperativin müraciəti ilə Bərdə rayon "Moskva” kolxozu ümumi yığıncağının 02.02.1989-cu il tarixli qərarı ilə kooperativə kolxoz torpağından müvəqqəti istifadə üçün 0,50 hektar torpaq sahəsi təhkim edilib. Lakin sənədlərdə ünvan göstərilməyib. Bərdə rayon İcra Hakimiyyətinin 23 dekabr 1992-ci il tarixli 295 saylı sərəncamında kooperativin əlavə fəaliyyət istiqamətləri müəyyən edilsə də, müəssisəyə torpaq ayrılması nəzərdə tutulmayıb. 

Kooperativin təsdiq etdiyi 30 oktyabr 1999-cu il tarixli texniki pasportunda da müəssisəyə aid torpaq sahəsi qeyd edilmir. Yevlax 11 saylı Regional Vergilər idarəsinin rəsmi məlumatına əsasən, kooperativ yarandığı dövrdən bəri yalnız 06.04.2007-ci ildən 05.12.2008-ci ilədək vergi uçotunda olub və 05.12.2008-ci ildən Nəbi Allahverdiyevin öz ərizəsi ilə kooperativ ləğv edilib.

Torpaq islahatı gedərkən 1988-ci ildə kooperativə müvəqqəti təhkim edilmiş həmin torpaq da daxil "Moskva” kolxozunun iddia olunan yerdə Bərdə rayonunun Gərənə kəndinin girəcəyində yerləşən bonitet balı 19 bal, yararsız V qrup 3,5 hektar torpaq sahəsi bələdiyyə torpağı kimi pasportlaşdırılıb. 

Azərbaycan Prezidentinin təsdiq etdiyi 15.03.2002-ci il tarixli 274-IIQD nömrəli Qanunu, 27.10.2008-ci il tarixli 709-IIIDQ nömrəli Qanunun 16-cı bəndini əsas tutaraq Gərənə bələdiyyəsi özünün 25.05.2013-cü il tarixli və 11.06.2013-cü il tarixli qərarları ilə (0,5 və 3 hektar olmaqla) 3,5 hektar torpaq sahəsi sahibkarlığı inkişaf etdirmək üçün satılmaq məqsədilə müsabiqəyə çıxarılıb, müvafiq rəylər alındıqdan sonra hərrac vasitəsilə torpaq satılıb. Göstərilən torpaq sahələrini Əmrahov Eldar Çərkəz oğlu hərrac yolu ilə Daşınmaz Əmlakın 24.01.2014-cü il tarixli AN-1 № 0406050 və 0406051 nömrəli alqı-satqı müqavilələri və  müvafiq olaraq 108 min və 17,8 min manat, cəmi 125,8 min manat vəsait ödəməklə  sahibkarlıq məqsədi ilə satın alıb. E.Ç.Əmrahova bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən RX № 0290067 və  RX № 0290077  nömrəli mülkiyyət hüququna dair çıxarışlar verilib.

Vətəndaşın müraciəti ilə əlaqədar rayon İcra Hakimiyyəti və Gərənə bələdiyyəsi tərəfindən ona izah edilib ki, atası Nəbi Allahverdiyevin sözügedən torpaq sahəsinə heç bir mülkiyyət hüququ olmamışdır və onun göstərilən məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ var”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol