Ceyhun Bayramovdan həbs olunan rəisin yerinə təyinat

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Məlumat üçün bildirək ki, bir müddət öncə XİN-nin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov həbs edilmişdi. O, rüşvətalma və digər cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
www.anews.az
Anews.az Müsavat.com-a istinadən bildirir ki, bundan sonra Konsulluq İdarəsinin rəisi vəzifəsini Səfərov Emil Firdovsi oğlu icra edəcək.
Qeyd edək ki, Emil Səfərov Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb.
www.anews.az
























