• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - AÇIQLAMA

Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - AÇIQLAMA
18.08.2020 16:53
Müdafiə Nazirliyi Tofiq Yaqublunun oğluyla bağlı ittihamlara cavab verib. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, sosial şəbəkələrdə müddətli həqiqi hərbi xidmətdə olan Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən aldığı travma ilə əlaqədar guya hərbi hissədə müalicə olunmadığı və əməliyyata ehtiyac olması barədə yayılan məlumatlara cavab olaraq Müdafiə Nazirliyi bildirir:

"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.

2020-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmış əsgər R.Yaqublu ilə bağlı bildiririk ki, o, hazırda hərbi xidmətdədir və xidmətini normal şəraitdə davam etdirir. Xidmətlə bağlı hər hansı bir narazılığının olmadığını özü də etiraf edir.

Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub.

Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə əsgər R.Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək.

Qeyd edirik ki, hər bir hərbi qulluqçunun özünün və ailə üzvlərinin istənilən müraciətinə həssaslıqla yanaşılır, məsələnin dərhal araşdırılaraq müsbət həlli istiqamətində müvafiq tədbirlər görülür. Hərbi xidmətdə olduğu müddətdə zərurət yarandıqda hər bir əsgər peşəkar hərbi həkimlərimiz tərəfindən müayinə və müalicə olunurlar.

Bir daha bildiririk ki, sosial şəbəkələr vasitəsilə məsələnin siyasiləşdirilərək hərbi xidmətə müdaxilə edilməsi cəhdini qəti surətdə rədd edir və bu kimi hərəkətləri qəbuledilməz hesab edirik".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol