• $
  • €
  • ₽
  • ₺
  • £

Rus hərbi gəmilərinin Bakıya gəlməsi təsadüf idimi?

Rus hərbi gəmilərinin Bakıya gəlməsi təsadüf idimi?
18.08.2020 17:59
Avqustun 17-də "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala” və "Astraxan” kiçik artilleriya gəmiləri Bakıya gəlib. Daha əvvəl Türkiyənin Azərbaycanda hərbi təlimlər keçirməsi birmənalı qarşılanmamışdı. Bu təlimlərdən sonra Rusiya gəmilərinin Azərbaycana gəlməsi təsadüf  idimi?

Politoloq Nazim Cəfərsoy bu oyunların keçirilmə tarixinin təlimlərdən daha əvvəl müəyyən edildiyini deyib:

"2015-ci ildən Rusiyanın təşəbbüskarlığı ilə Beynəlxalq ordu oyunları keçirilməyə başlanıb. Bu orduların olimpiya oyunları mahiyyətindədir. Biz də bu oyunlarda 5 ildir ki, iştirak edirik. Təşkilatçısı Rusiya olan bu oyunlara hər il daha çox ölkə qoşulur. Bu oyunlar müxtəlif hərbi sahələri əhatə edir: tanklar, artilleriya, səhra mətbəxi, dəniz və başqaları. Artıq illərdir ki, dəniz kuboku Azərbaycanda keçirilir. Bu oyunlar hər il Avqust ayında keçirilir. Oyunların keçirilmə tarixi bir il öncədən müəyyənləşir. Bu baxımdan türklər təlim keçdikdən sonra ruslar da öz gəmilərini gətirdilər kimi yanaşmaq doğru olmaz. Əgər diqqətlə medianı izləsək birazdan Qazaxıstan, İran gəmilərinin də Bakıya daxil olduğunu görəcəyik. Əbəttə siyasi baxımdan baxdıqda görmək olar ki, Rusiyanın bu oyunları keçirməkdə məqsədi Xəzərdə hakim güc olduğunu göstərməkdir".

Siyasi şərhçi Elxan Şahinoğlu isə  Rusiya ilə oyunların keçirilməsini doğru hesab etmir:
 
"Tovuzda baş verən insidentdən sonra Rusiya tonlarla silah və texnikanı Ermənistana daşıyıb. Bu hadisədən sonra Bakıda Rusiya gəmisinin lövbər salması, bununla yanaşı Azərbaycanın Xəzərdə Rusiya ilə birlikdə hansısa hərbi oyunda iştirak etməsi doğru deyil. Bundan imtina etmək lazım idi. İlham Əliyev öz həmkarı V. Putinə Ermənistana yardım etməsi ilə bağlı kəskin etiraz etməsindən sonra Rusiya hərbi gəmilərinin Bakıda lövbər salmasına icazə vermək olmazdı. Təəssüf ki, sərt üzümüzü bu baxımdan göstərmədik".
 
Əminə Məmmədova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol