• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır

Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
08.09.2020 15:43
Prezident İlham Əliyevin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində bölgələrdə layihələrin icrası davam etdirilir.
 
Anews.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 
 
Məlumatda həmçinin deyilir ki, Tərtər və Bərdə rayonlarının kəndlərində yeni subartezian quyularının qazılmasına başlanıb. 
 
Sərəncama əsasən, Tərtər rayonunun İsmayılbəyli, Sarov və Səhləbad, Bərdə rayonunun Xanxanımlı, İkinci Nazırlı və Kələntərli kəndlərinin hər birində subartezian quyuları qazılacaq. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun su mənbələri işğal altındakı ərazilərdə qaldığından kənd sakinləri həm içməli, həm də suvarma suyu ilə təminat baxımından əziyyət çəkirlər. Xüsusilə yay aylarında bu kəndlərdə ciddi su çatışmazlığı müşahidə olunur.
 
Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və  yeni subartezian quyularının qazılmasına qərar verilib. "Azərsu” və Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi layihə çərçivəsində Tərtər rayonunun Səhləbad kəndində işlərə başlanıb. Bunun ardınca İsmayılbəyli və  Sarov kəndlərində subartezian quyuları qazılacaq.
 
Hazırda Bərdə rayonunun Xanxanımlı kəndində də subartezian quyusunun  qazılmasına başlanıb. Bu qazma qurğuları hesabına növbəti mərhələdə İkinci Nazırlı və Kələntərli kəndlərində də quyular qazılacaq. Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və elektrik təchizatı məqsədilə  transformatorlar quraşdırılacaq.
 
Tərtər və Bərdə rayonlarında icra olunan layihələr çərçivəsində 6 kənddə 9 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılması və suvarma suyuna olan tələbatının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə ilin sonuna qədər 15 rayonun 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işləri yekunlaşacaq və suyun verilişi təmin ediləcək. Bu layihələrdən 65 mindən çox sakin faydalanacaq. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol