• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanla görüşə gedirdi, koronavirusa yoluxduğu məlum oldu

Ərdoğanla görüşə gedirdi, koronavirusa yoluxduğu məlum oldu
08.09.2020 15:51
Türkiyənin Kayseri vilayətinin Bünyan rayonunun bələdiyyə sədri Özkan Altunun Prezident Rəcəb Tayyib Ərdoğanın bələdiyyə başçıları ilə iclasında iştirak üçün keçdiyi koronavirus test nəticəsi pozitiv çıxıb.

 "Milliyet” xəbər verir ki, Ö.Altun nəticələrin çıxmasından sonra iclasda iştirakı ləğv edilərək Kayseriyə qayıdıb. Onun 14 gün ərzində xəstəlikdən müalicə olunaraq sağaldığı bildirilib.

Xəstəliyin haradan və necə keçdiyini anlamadığını söyləyən Altun xəstəlikdən əziyyət çəkənlərin əhvalını yüksək tutmalı olduğunu qeyd edib: "Bu barədə ilk dəfə eşitdiyiniz zaman ruhdan düşə bilərsiniz. Ancaq bu xəstəliyin ən böyük müalicəsi yüksək əhvaldır. Mənə zəng edən insanlar mənəvi cəhətdən çox dəstək oldular”.

O, insanları sosial məsafə və təmizlik qaydalarına riayət etməyə və ehtiyac olmadıqca çölə çıxmamağa çağırıb: "Bu virus hər kəsə yoluxa bilər. Xəstəliyin keçməməsini istəyiriksə, qaydalara ciddi əməl etməliyik. Xüsusilə kollektiv toplantılardan uzaq olaq. İnsanlara 15-20 gün evdən çıxmamalarını tövsiyə edirəm. Ehtiyac olmasa, çölə çıxmayın. Rəbbim hər kəsi qorusun”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol