• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan evləri və "Qarabağ" məktəblərinin gördüyü işlər açıqlanıb

Azərbaycan evləri və "Qarabağ" məktəblərinin gördüyü işlər açıqlanıb
11.09.2020 22:00
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və "Qarabağ” həftəsonu Azərbaycan məktəbləri rəhbərlərinin ölkəmizdəki KİV nümayəndələriylə virtual görüşü təşkil edilib.

Anews.az xəbər verir ki, tədbirdə Berlin, Münhen, Köln (Almaniya), Varşava (Polşa), Tallin (Estoniya), Zalsburq (Avstriya), Ankara (Türkiyə), Kiyev (Ukrayna), Budapeşt (Macarıstan), Barselona (İspaniya) şəhərlərində və Marneuli (Gürcüstan) rayonunda fəaliyyət göstərən Azərbaycan evlərinin, Nant (Fransa) və Bern (İsveçrə) şəhərlərindəki "Qarabağ” məktəblərinin rəhbərləri, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərtac, Trend, Apa, Publika, Report və s. media qurumlarının nümayəndələri, müstəqil jurnalistlər və Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan evlərinin və "Qarabağ" məktəblərinin rəhbərləri çıxış edərək evlərin və məktəblərin yaranma tarixi, fəaliyyəti, həyata keçirdikləri müxtəlif layihələr, pandemiya dönəminin sərt karantin mərhələsi və Tovuz hadisələri zamanı atılan addımlar barədə ətraflı məlumat veriblər.

Tədbir jurnalistlərin suallarının cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə davam edib. KİV nümayəndələrinin sualları Qarabağ həqiqətlərinin təbliği ilə bağlı göstərilən təşəbbüsləri, pandemiya dönəmində soydaşlarımızın dəstəklənməsi məqsədilə atılan addımları, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq və s. məsələləri əhatə edib.

Sonda Azərbaycan evlərinin və Qarabağ məktəblərinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol