Bəhreyn İsraillə sülh müqaviləsi imzalayacaq

Bəhreyn sentyabrın 15-də BƏƏ ilə eyni vaxtda İsraillə sülh müqaviləsi imzalayacaq.
Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşner deyib.
"Çərşənbə axşamı Ağ Evdə bir imza mərasimi keçirəcəyik. Ehtimal olunurdu ki, mərasim İsraillə BƏƏ arasında olacaq, ancaq Bəhreynin xarici işlər nazirinin də imzalama mərasiminə qatılması onun əhəmiyyətini artırır. Bu, çox nadir haldır... Bir gündə iki sülh müqaviləsi. Bu, bölgədə sülh, sabitlik və əlaqə yaradılması istiqamətində irəliləyiş olduğunu göstərir”, - deyə Kuşner jurnalistlərə bildirib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























