Dərman qaçaqmalçılığında təqsirləndirilən dəstənin məhkəməsi başlayır

Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə təqsirləndirilən şəxslərin cinayət işiü zrə ibtidai istintaq başa çatıb.
Anews.az xəbər verir ki, cinayət baxılması üşün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Fikrət Qəribovun icraatına verilib.
Qeyd edək ki, "Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu, Qədirov Xəqani Dilqəm oğlu və Qədirov Vüqar Dilqəm oğlu dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman preparatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsində təqsirləndirilirlər.
www.anews.az
























