• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - AÇIQLAMA

Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - AÇIQLAMA
14.09.2020 11:42
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzovun postuna hələ ki, təyinat yoxdur. YAP-çı deputat partiyadakı vəzifəsindən avqustun 24-də istefa verib. 

Siyavuş Novruzovun bu addımına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı yaranmış qalmaqal səbəb olub. Siyavuş Novruzov da xüsusi karantin rejimində təşkil edilən həmin toy mərasimində iştirak edib. Halbuki, YAP-çı deputat çıxışlarında karantin qaydalarının pozulmasına görə cərimələrin artırılmasının tərəfdarı kimi çıxış edirdi. Bu baxımdan, onun karantin qaydalarına ziddi olaraq təşkil olunan toy mərasiminə qatılması ictimaiyyət tərəfindən sərt təpki gördü. 

Xüsusilə, YAP-çı deputatın "iştirak etmişəm, düz etmişəm” fikri cəmiyyətə, qanunlara sayğısızlıq kimi dəyərləndirilərək onun cəzalandırılması tələb edildi. Nəhayət, ictimai təpki Siyavuş Novruzovun "Ramiz Mehdiyevi bizi aldatdı” açıqlaması və partiyadakı mühüm postundan istefa verməsi ilə nəticələndi.

Bu olayın üstündən 20 gündən artıq vaxt keçsə də, YAP-ın icra katibinin müavini postu boşdur. YAP-ın Nizamnaməsinə əsasən partiyanın rəhbər strukturlarını Siyasi Şura seçir. Bəs Siyasi Şurası nə zaman toplanacaq və Siyavuş Novruzovu kim əvəzləyəcək? 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Yenisabah.az-a açıqlamasında bildirib ki, bu məsələ partiya sədrinin səlahiyyətlərinə aiddir. "Partiyanın Nizamnaməsinə görə rəhbər strukturları Siyasi Şura seçir. Lakin sədrin təqdimatı olmalıdır. Partiya sədrinin təqdimatı olacağı təqdirdə bu məsələ həllini tapacaq. Yəni, bu nə vaxt baş verməsi sədrin təqdimatından asılı olacaq”, - deyə Aydın Mirzəzadə vurğulayıb.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol