• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə BƏYANAT yaydı

Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə BƏYANAT yaydı
15.09.2020 09:14
Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə bəyanat yayıb.

Anews.az həmin bəyanatı təqdim edir:

"Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və transsərhəd səviyyədə su ehtiyalarının mühafizəsi və idarəçiliyi ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir.

Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət və ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır.

Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olub və texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilib".

Bəyanatda qeyd edilir ki, Ermənistanın BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.

"Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələbini özündə əks etdirən Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə qəbul edilən 2085 saylı qətnamə icra edilməyib.
Əksinə, Ermənistan bu istiqamətdə fəaliyyəti daha da genişləndirib. Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınması yerli əhalini sudan məhrum edib.
Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır.
Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq təxribatçı fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması, bu təcavüzkar ölkənin
beynəlxalq hüquq və fundamental insan haqqlarını kobud şəkildə pozmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir". 

Bəyanatın sonunda beynəlxalq ictimaiyyət Ermənistanın qanunsuz fəaliyyətini sərt şəkildə qınamağa və işğalçı ölkənin bu kimi qeyri-qanuni əməllərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə dəvət edilib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol