• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Məmmədovun Türkiyədə saxlanması xəbəri yalan çıxdı – YENİLƏNİB

Qurban Məmmədovun Türkiyədə saxlanması xəbəri yalan çıxdı – YENİLƏNİB
17.09.2020 12:24
Azərifreedom kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı yayılan məlumatlar yalan çıxıb.

Yeniavaz.com xəbər verir ki, Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov sosial şəbəkədə status yazaraq, atasının İngiltərəfə olduğunu bildirib.

"Qurban bəy artıq İngiltərədədir. Sağ və salmatdır. İndi yoldadır, axşam özü efirdə olmalıdır. Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyəylə bağlı heç bir problem yoxdur. Qardaş ölkə hər zaman bizim üçün ana vətəndir”,-deyə Qoşqar Məmmədov bildirib.
--------------------
Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədov Türkiyədə saxlanılıb.

Anews.az-ın verdiyi xəbərə görə, bu barədə oğlu Qoşqar Məmmədov məlumat yayıb. O bildirib ki, atası Qurban Məmmədovla bütün əlaqələri kəsilib: "Qurban bəyin bu Türkiyə səfəri barədə İngiltərə polisinin və başqa bir neçə beynəlxalq təşkilatın xəbəri olub. Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib”.

Qeyd edək ki, Q.Məmmədov və digər şəxslər Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. 

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol