• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrda Milli Məclisdə ictimai dinləmələr keçiriləcək

Oktyabrda Milli Məclisdə ictimai dinləmələr keçiriləcək
21.09.2020 13:17
Sentyabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçiriib.

Bu barədə Anews.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” sənədin müzakirəsi daxil edilib. 

Qanun layihəsinə təklif olunan dəyişiklikləri ətraflı şərh edən Bəxtiyar Əliyev qeyd etdi ki, sənəd "Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır.  Müzakirəyə  çıxarılan "Peşə təhsili haqqında” qanunun 16.2-ci maddəsi isə  "Təhsil haqqında”  qanunun  32.2-ci maddəsinə uyğunlaşdırılır.

Komitə üzvləri Musa Qasımlı, Rafael Hüseynov, Etibar Əliyev,  Müşfiq Məmmədli, Kamilə Əliyeva, Şahin Seyidzadə, Ceyhun Məmmədov sənədlə bağlı qeyd və təkliflərini irəli sürüblər.

Sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi məqsəduyğun hesab edilib. 

Sonra onlayn toplantıda komitənin cari işləri ilə bağlı fikir mübadiləsi aparıldı. "Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupun tərkibinə dəyişiklik müzakirə olunub və təsdiq edilib. Bəxtiyar Əliyev qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.   

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol