• $
  • €
  • ₽
  • ₺
  • £

“SOCAR Polymer”in direktoru dəyişib

“SOCAR Polymer”in direktoru dəyişib
21.09.2020 15:48
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – "SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.

Report xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Fuad Əhmədova həvalə olunub.

Qeyd edək ki, F.Cəfərov həm də SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəridir, şirkətin qonşu ölkədə həyata keçirdiyi layihələrin idarə edilməsi ilə məşğuldur. Onun iş həcminin çox olduğu nəzərə alınaraq və Rusiyadakı layihələrə daha çox vaxt ayırması məqsədi ilə Azərbaycandakı işindən azad edilməsinə qərar verilib. 

Xatırladaq ki, "SOCAR Polymer” ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101 milyon manatdır.

Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Zavodlar İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin (SKSP) ərazisində yerləşir, müvafiq olaraq 2018-ci ilin iyul və 2019-cu ilin fevral aylarında istismara verilib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol