Müdafiə Nazirliyi məlumat yaydı- Naxçıvanda məşğələlər keçirilib

"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
Bu barədə anews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin nəzəri biliklərinin möhkəmləndirilməsinə, bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin aşılanmasına yönəldilib.
www.anews.az
























