• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmə mandatını girov qoyan sabiq deputatla bağlı qərar verdi

Ali Məhkəmə mandatını girov qoyan sabiq deputatla bağlı qərar verdi
23.09.2020 15:10
Ayrı-ayrı vətəndaşlara iki milyon manatdan artıq borcu olan keçmiş deputat Rafael Cəbrayılov daha bir məhkəməni uduzub. 

Yenisabah.az xəbər verir ki, keçmiş deputatın borclu olduğu şəxslərdən biri – Təranə Fətəliyeva Ali Məhkəmədən də qalib çıxıb. Məlumat üçün deyək ki, Rafael Cəbrayılovun Təranə Fətəliyevaya 300 000 dollar borcu var. Bundan başqa, keçmiş deputatın Məlahət Qurbanova adlı vətəndaşa 580 000 dollar, Xatirə Nəcəfova adlı vətəndaşa 200 000 dollar, Yusif Orucov adlı vətəndaşa 200 000 dollar, Aynur Kazımova adlı vətəndaşa 100 000 dollar,  Şəfa Məmmədova adlı vətəndaşa 80 000 dollar, Bəşir Məmmədov adlı vətəndaşa 60 000 dollar və Allahverdi Səfərəliyev adlı vətəndaşa 30 000 dollar borcludur.

Təranə Fətəliyeva və daxil adıçəkilən vətəndaşlar həm də Baş Prokuroluğa müraciət ediblər. Onların müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Əldə etdiyimiz məlumata görə, artıq Rafael Cəbrayılovun borclu olduğu şəxslərin ifadələri alınıb. 
Başqa bir məlumatda deyilir ki, cinayət işi başlandıqdan sonra Rafael Cəbrayılov əmlakılarını satışa çıxarıb. Ehtimal edilir ki, həbs təhlükəsi ilə üzləşdiyini görən keçmiş deputat nəhayət borclarını qaytarmaq istəyir. Amma bunu Rafael Cəbrayılovun vaxt udmaq cəhdi kimi dəyərləndirənlər də var. Çünki bundan əvvəl də keçmiş deputat borclulara əmlakını satışa çıxardığını bildirmişdi.

Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd edilir ki, keçmiş deputata bütün məhkəmə instansiyalarında qalib gələn borc sahibləri onun əmlakına həbs qoyulması məsələsini qaldıra bilərlər. 

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Hadisə ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol